Əsas fəaliyyət istiqaməti diaqnostik laboratoriya avadanlıqlarının, diaqnostik test-sistemlərin, reagentlərin satışı və texniki servisi, eləcə də tibbi sərfiyyat materiallarının satişindan ibarət olan Ugur Medical MMC 2018-ci ildə təsis edilib. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Dünyanın inkişaf etmiş ölkələrinin 15-dən çox nüfuzlu şirkəti ilə əməkdaşlıq edən Ugur Medical MMC ən yeni texnologiyaları və ən keyfiyyətli avadanlıqları müştərilərinə təqdim edir. Böyük layihələrin Laboratoriya avadanlıqlarla təchiz olunması ilə yanaşı sərfiyyat mallarının satışı müştərilərə təklif olunur.
Şirkət sadəcə avadanlıqların satışı ilə kifayətlənmir. Ugur Medical MMC şirkətinin texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, mühəndislərinin köməyi ilə istifadədə olan laborator avadanlıqların texnik servisini də həyata keçirməkdədir.
Şirkətin prinsipləri və əsas dəyərləri müştərilərin ehtiyaclarına fərdi yanaşmaq, müştəri məmnuniyyəti yaradaraq və yeni hədəflərə çatmaqdır.